Hospitalımızın Uroloqu,Robotik cərrahiyyə mütəxəssisi Prof.Dr. Murat Zor Tibb təhsilini Gülhanə Hərbi Tibb Akademiyasının Tibb Fakültəsində almış, daha sonra həmin universitetdə urologiya üzrə rezidentura təhsilini tamamlamışdır. 2015–2022-ci illərdə Gülhanə Tibb Fakültəsinin və Sağlamlıq Elmləri Universitetinin Urologiya kafedralarında doktor-müəllim və dosent vəzifələrində çalışmışdır. Lazer prostat cərrahiyyəsi (HoLEP, ThuLEP, ThuFLEP), xoşxassəli prostat böyüməsinin minimal invaziv müalicə üsulları, xüsusilə su buxarı ilə müalicə, rekonstruktiv penis cərrahiyyəsi, penis protezi əməliyyatları, uro-onkologiya və endourologiya, o cümlədən laparoskopik və robotik uroloji cərrahiyyə sahələrində elmi tədqiqatlar aparmış və peşəkar fəaliyyət göstərmişdir. Xüsusilə Rekonstruktiv penis cərrahiyyəsi, Penis protezi əməliyyatları, Lazer prostat cərrahiyyəsi (HoLEP, ThuLEP, ThuFLEP), Rezum — prostatın su buxarı ilə müalicəsi, MRT və transrektal/transperineal ultrasəs nəzarəti altında prostat füzyon biopsiyası, Uroloji onkoloji cərrahiyyə və s. sahələrdə ixtisaslaşmışdır.