Urologiya robotik cərrahiyyənin ən geniş tətbiq olunduğu sahələrdən biridir. Xüsusilə çanaq boşluğu kimi məhdud anatomik sahələrdə robotik sistemlərin hərəkət dəqiqliyi cərraha əlavə imkanlar yaradır. Robotik üsulla aşağıdakı əməliyyatlar həyata keçirilə bilir:

  • Radikal prostatektomiya – prostat xərçəngi zamanı prostat vəzinin çıxarılması
  • Parsial nefrektomiya – böyrək şişlərində böyrəyin sağlam hissəsinin qorunaraq yalnız şişin çıxarılması
  • Radikal nefrektomiya – göstəriş olduqda böyrəyin çıxarılması
  • Pieloplastika – böyrək və sidik axarı arasındakı daralmanın aradan qaldırılması
  • Radikal sistektomiya – sidik kisəsi xərçəngində sidik kisəsinin çıxarılması
Bütün xidmətlər